Xəbər lenti

Prezident təsdiqlədi: Cərimələrə güzəşt olunacaq
Ekonomiks 12:28 19.07.2025

Prezident təsdiqlədi: Cərimələrə güzəşt olunacaq

İnzibati xətalara görə cəriməni 10 günə ödəyənlər məbləğin 10%-dən azad ediləcək.

Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə görə, inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.

Cərimələrin vaxtında ödənilməsini təşviq etmək, gecikmələrin qarşısını almaq məqsədilə Məcəlləyə əlavə edilən 150.1-1-ci maddəyə əsasən, bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.

Qeyd edək ki, dəyişiklikdən əvvəl inzibati cəriməni 5 günə ödəyənlər məbləğin 10%-dən azad edilirdi. Bu müddət uzadılaraq 10 günə qaldırılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->