Polşa millisinin sabiq baş məşqçisi Françişek Smuda 76 yaşında dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının (PZPN) mətbuat xidməti məlumat yayıb.
Polşa KİV-inin məlumatına görə, mütəxəssis Krakov Universitet Xəstəxanasında qan xərçəngindən dünyasını dəyişib.
Smuda 2009-2012-ci illərdə Polşa millisinə rəhbərlik edib.
Smuda "Vidzev" və "Visla" ilə üçqat Polşa çempionudur. O, 1996, 1997, 1999 və 2008-ci illərdə ölkənin ən yaxşı məşqçisi kimi tanınıb.
Şərhlər