Xəbər lenti

İdman 11:42 18.04.2025

"Liverpul" türk futbolçunu istəyir

İngiltərə Premyer Liqası klublarından "Liverpul" "Benfika"nın formasını geyinən Orkun Kökçünün transferi üçün hərəkətə keçib.

Qaynarinfo xəbər verir ki, Portuqaliyanın "Record" idman qəzetinin məlumatına görə, "Liverpul"un baş məşqçisi Arne Slot "Benfika"da möhtəşəm bir mövsüm keçirən sabiq yetirməsi Orkun Kökçünün transferini klub rəhbərliyindən tələb edib.

Slot "Feyenoord"u çalışdırdığı dövrdə 3 il boyunca Orkun Kökçünün baş məşqçisi olub. Məlumata görə, o, Türkiyə millisinin üzvünün inkişafını yaxından izləyib və "Benfika"dakı performansından sonra onu komandasının heyətində görmək istəyir.

2023-cü ilin yayında 25 milyon avro qarşılığında "Benfika"ya transfer olunan 24 yaşlı yarımmüdafiəçinin Portuqaliya klubu ilə 3 illik daha müqaviləsi mövcuddur.

Bu mövsüm "Benfika" formasında bütün turnirlərdə 45 oyuna çıxan Orkun Kökçü 11 qol vurub və 8 məhsuldar ötürmə verərək ümumilikdə 19 qola birbaşa töhfə verib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->