Xəbər lenti

Livanda ölənlər arasında azərbaycanlılar var?
Ölkə 13:17 24.09.2024

Livanda ölənlər arasında azərbaycanlılar var?

Xəbər verdiyimiz kimi, İsrail ordusu Livanda "Hizbullah” hərəkatının obyektlərinə zərbələr endirib.

Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, aviazərbələr nəticəsində 492 nəfər ölüb, 1645 nəfər isə xəsarət alıb.

Azərbaycanın Livandakı səfirliyində vəziyyət necədir? Ölən və yaralananlar arasında azərbaycanlılar varmı? 

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "Qafqazinfo”ya bildirib ki, Livanda azərbaycanlıların sayı çox azdır:

"Ölüm və yaralanma halları barədə məlumat daxil olmayıb. Livandakı səfirliyimiz fəaliyyətini davam etdirir. Təxliyə barədə müraciət daxil olmayıb”.

XİN rəsmisi xatırladıb ki, Azərbaycan vətəndaşlarına Livana səyahət etməmələri barədə xəbərdarlıq 3 avqust tarixində verilib.

Qeyd edək ki, artıq İsveçrə və Rusiya öz vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->