Xəbər lenti

İtaliyada prezident və baş nazirin şəxsi nömrələri satışa çıxarıldı - 50 avro...
Dünya 18:22 08.04.2025

İtaliyada prezident və baş nazirin şəxsi nömrələri satışa çıxarıldı - 50 avro...

İtaliya prezidenti Serco Mattarellanın, Baş Nazir Corciya Meloninin, nazirlərin və əsas dövlət qurumları ilə hərbi strukturların minlərlə işçisinin şəxsi telefon nömrələri ictimaya açıq şəkildə paylaşılıb. Bu məlumat sızması barədə kibertəhlükəsizlik eksperti, "Apple"ın keçmiş işçisi Andrea Mavilla məlumat verib. 

Qaynarinfo "Fatto Quotidiano" qəzetinə istinadən xəbər verir ki, bu nömrələrə müxtəlif ödənişli platformalar vasitəsilə daxil olmaq mümkündür.

Məlumata görə, İsrail, Rusiya və ABŞ-da yerləşən ən azı səkkiz platforma istifadəçilərə bu cür məlumat bazalarına ödənişli giriş təklif edir. Bu portalarda iki mindən çox dövlət qurumunun, hərbi strukturların və siyasətçilərin telefon nömrələri daxil olmaqla geniş məlumat bazası mövcuddur.

Fatto qeyd edir ki, ayda 50 avro ödənişlə İtaliyanın Daxili İşlər Naziri Matteo Pyantedozi və Müdafiə Naziri Quido Krozettonun telefon nömrələrinə daxil olmaq mümkündür. Onların nömrələri, eləcə də Meloni və Mattarellanın nömrələri aktivdir və hətta onların hərəkətlərini izləmək üçün istifadə edilə bilər.

Kibertəhlükəsizlik üzrə milli agentlik Andrea Mavillanın verdiyi məlumatlara cavab olaraq bu sahə üçün heç bir təhlükə görmədiklərini bildirib. Onun açıqlamasını "yalan xəbər" adlandırıblar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->