Milyarder İlon Mask X sosial şəbəkəsini boykot edən şirkətlərə müharibə elan etdiyini bildirib. X şirkəti Məsul Media üçün Qlobal Alyansı (GARM, brendlər və reklam agentlikləri assosiasiyası), eləcə də Ümumdünya Reklamçılar Federasiyasını məhkəməyə verib. Bu qərara səbəb X sosial şəbəkəsində reklam verməyən şirkətlərin "sistemli qanunsuz boykot”u adlandırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times”
yazır.
"İki il ərzində biz sülhü sınadıq, art;q müharibədir" deyə İlon Mask X sosial şəbəkəsində yazıb. O, həmçinin "reklamçılar tərəfindən sistematik şəkildə boykot edilən" şirkətlərin hər birinə məhkəməyə müraciət etməyi tövsiyə edib.
"Financial Times”ın məlumatına görə, X şirkəti assosiasiyaların ayrı-ayrı üzvlərinə qarşı da məhkəmə iddiaları qaldırıb. Nəşrin məlumatına görə, onların arasında məhsul istehsalçıları "Unilever” və "Mars” və Amerikanın "CVS Health” apteklər şəbəkəsi də var. X şirkətinin baş direktoru Linda Yakkarinonun sözlərinə görə, şirkətlərin hərəkətlərindən təkcə sosial şəbəkə deyil, onun istifadəçiləri də zərər çəkib.
Nizami Bağırov
Şərhlər