Xəbər lenti

FT: Səudiyyə neftin bir barreli üçün 100 dollar hədəfindən əl çəkməyə hazırdır
Dünya 15:56 26.09.2024

FT: Səudiyyə neftin bir barreli üçün 100 dollar hədəfindən əl çəkməyə hazırdır

Səudiyyə Ərəbistanı qeyri-rəsmi neftin qiymətinin 100 dollar/barel hədəfindən imtina etməyə hazırdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” (FT) mənbələrə istinadən yazır.

Nəşrin qeyd etdiyi kimi, bu, "Səudiyyə Ərəbistanının kursunda əhəmiyyətli dəyişiklikdir” və bu, onun "neft qiymətlərinin qlobal enişini qəbul etdiyini” göstərir.

FT mənbələrinə görə, Yaxın Şərq ölkəsi dekabrdan neft hasilatını artırmağa hazırlaşır, hətta bu, qiymətlərin aşağı düşməsinə səbəb olsa belə. Bu, digər məsələlərlə yanaşı, ölkənin bazar payını itirmək istəməməsi ilə bağlıdır.

Son iki il ərzində Səudiyyə Ərəbistanı digər OPEC+ üzvləri ilə birlikdə neftin qiymətini sabit saxlamaq üçün hasilatı dəfələrlə azaldıblar. Eyni zamanda, OPEC+-ə daxil olmayan ölkələrdə, ilk növbədə ABŞ-da hasilatın artması və Çində tələbin zəifləməsi qiymətlərin aşağı düşməsinə səbəb olub. Sentyabrın əvvəlində Brent markalı neftin qiyməti qısa müddətdə bir barel üçün 70 dollardan aşağı düşüb, bu da 2021-ci ildən bəri ən aşağı qiymətdir. Sentyabr ayında orta qiymət bir barel üçün 73 dollar təşkil edir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->