Xəbər lenti

Deputat seçilən daha bir məmur işdən çıxarıldı
Ölkə 12:22 24.09.2024

Deputat seçilən daha bir məmur işdən çıxarıldı

Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradov vəzifəsindən azad edilib.
 
Qaynarinfo-nun Modern.az-a istinadən məlumatına görə, buna səbəb onun VII çağırış Milli Məclisə deputat seçilməsidir.
 
Qeyd edək ki, Rövşən Muradov 121 saylı Laçın seçki dairəsindən deputat seçilib. O, parlamentdə YAP-ı təmsil edir.

Xatırladaq ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi növbədənkənar seçkilərin nəticələri təsdiqləyib.

Ötən gün isə 7-ci çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasda parlamentin sədri, müavinləri və komitə sədrləri seçilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->