Xəbər lenti

Britaniyada səs-küyə görə 137 illik ənənəyə son qoyuldu
Dünya 21:30 29.11.2024

Britaniyada səs-küyə görə 137 illik ənənəyə son qoyuldu

Böyük Britaniyada 137 il davam edən ənənə səs-küyə görə edilən şikayət səbəbilə dayandırılıb. 

Qaynarinfo "Express"ə istinadən xəbər verir ki, indi Birkenhed şəhərindəki bələdiyyə binasının qüllə saatı əvvəlki kimi hər 15 dəqiqədə bir deyil, sadəcə bir saatda bir dəfə çalacaq. 

Qərar yerli sakinlərdən birinin saatın çox yüksək səslə və tez-tez çalmasından şikayət etməsindən sonra qəbul edilib. Aparılan araşdırma göstərib ki, səs səviyyəsi icazə verilən normadan artıqdır.

Buna baxmayaraq, bəzi sakinlər qərara qarşı çıxaraq, saatın səsinə alışdıqlarını bildiriblər. Yerli irsin qorunması kampaniyasının iştirakçısı Filip Barton qeyd edib ki, bir çox insan bu zəngləri daha tez-tez eşitməkdən zövq alır və buna uyğun yaşayıb.

Birkenhed bələdiyyə binası 1887-ci ildə yerli memar Çarlz Ellisonun layihəsinə əsasən inşa edilib. Tikinti zamanı Şotlandiya qraniti və Storton ərazisində yerləşən, hazırda fəaliyyət göstərməyən daş karxanasından gətirilmiş qumdaşı istifadə olunub.

Bundan əvvəl yerli sakinlərin səs-küylə bağlı şikayətlərinə görə Britaniyadakı bazada Ukrayna Silahlı Qüvvələrinin əsgərləri üçün təlim vaxtı azaldılıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->