Xəbər lenti

Berlində yerləşən zavodda yanğın Rusiyanın təxribatı ola bilər - BILD
Dünya 18:12 21.06.2024

Berlində yerləşən zavodda yanğın Rusiyanın təxribatı ola bilər - BILD

May ayında Berlindəki "Diehl Metall” polad zavodunda baş verən yanğında Rusiyanın əli ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Bild cümə günü, iyunun 21-də mənbəyə istinadən yazır .

Nəşrin məlumatına görə, xarici kəşfiyyat xidmətlərindən biri "Diehl Metall”da baş verən yanğında Rusiyanın iştirakına dair sübutların olması barədə Almaniyanın xüsusi xidmətlərinə məlumat verib. Zavod Almaniyanın "Diehl Defence” konserninin bir hissəsidir və Ukrayna üçün də İris-T hava hücumundan müdafiə sistemləri istehsal edir. 
Bununla belə, "Diehl”in Berlin bölməsi silah istehsalı ilə deyil, məsələn, avtomobillər üçün yalnız metal emalı ilə məşğul olub.

Alman səlahiyyətliləri alınan kəşfiyyat məlumatlarını araşdırır. Hədəf kimi nə üçün "Diehl”in hərbi zavodu deyil, metallurgiya zavodunun seçildiyi hələ aydın deyil. Bild qeyd edir ki, bəlkə də hədəf Almaniyanın paytaxtı olub.
Xatırladaq ki, mayın 3-də Berlində "Diehl Metall” metallurgiya zavodunda kükürd turşusu və mis sianidi saxlanılan sex yanıb. Xilasetmə xidmətləri binanın dörd mərtəbəsinin tamamilə yandığını, binanın bir hissəsinin dağıldığını bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->