Xəbər lenti

Berlin ilk dəfə Milli Təhlükəsizlik Strategiyasını qəbul etdi: Təhlükə Rusiyadır
Dünya 18:46 14.06.2023

Berlin ilk dəfə Milli Təhlükəsizlik Strategiyasını qəbul etdi: Təhlükə Rusiyadır

Yaxın gələcəkdə milli təhlükəsizliyimizə əsas təhlükə Rusiyadan gəlir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts hökumətin mətbuat konfransında bildirib

İyunun 14-də Berlin ilk dəfə olaraq Milli Təhlükəsizlik Strategiyasını qəbul edib.

Çərşənbə günü, iyunun 14-də yayılan elanda bildirilir ki, sistemli ümumi yanaşmanın tərkib hissəsi kimi təhlükəsizlik vəziyyətinin təhlili əsasında qəbul edilən konsepsiya ölkənin təhlükəsizliyinin üç əsas sahədə gücləndirilməsini nəzərdə tutur: müdafiə qabiliyyəti, dözümlülük və dayanıqlılıq. 

"Təhlükəsizlik siyasətimizin əsas vəzifəsi ölkəmizdə sülh və azadlıq içində yaşamağa davam etməyimizi təmin etməkdir. Bu məqsədlə biz NATO və Aİ-yə sarsılmaz sadiqik və biz bundesveri onun əsas missiyasını - ölkənin və ittifaqın müdafiəsini təmin etmək üçün gücləndiririk”, - məlumatda deyilir. 

Xüsusilə, sənəd müdafiə xərclərinin orta illik səviyyəsini ÜDM-in 2 faizinə qədər artırmaq niyyətini açıqlayıb, bundesver Avropada konvensional müdafiə qüvvələrinin əsası olduğu qeyd edilib. 

Konsepsiyada həmçinin Almaniyanın kibernetik və kosmik potensialının genişləndirilməsi, casusluq və diversiyaya qarşı mübarizənin, təhlükəsizlik və müdafiə üçün Avropa texnoloji bazasının gücləndirilməsi nəzərdə tutulur.
 
Nizami Bağırov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->