Xəbər lenti

Bayden Yaxın Şərqdə total müharibənin olacağına inanmır
Dünya 11:17 04.10.2024

Bayden Yaxın Şərqdə total müharibənin olacağına inanmır

ABŞ prezidenti Co Bayden Yaxın Şərqdəki gərginliyin regionda böyük müharibəyə çevriləcəyinə inanmadığını bildirib. Bu bəyanat İsrailin Qəzza zolağında və Livanda HƏMAS və Hizbullaha qarşı əməliyyatları və bu ölkənin İranla gərginliyin artması fonunda verilib.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Amerika prezidentinin fikrincə, belə bir "total müharibənin” qarşısını almaq olar, lakin bu, daha çox səy tələb edir.

Jurnalistlərin belə bir müharibənin qarşısının alınacağına inamı ilə bağlı sualına Bayden belə cavab verib: "Yağış yağmayacağına nə qədər əminsiniz? Baxın, mən total müharibə olacağına inanmıram".

"Düşünürəm ki, biz bundan qaça bilərik” deyən ABŞ prezidenti qeyd edib və əlavə edib ki, Yaxın Şərqdə gərginliyin azaldılması üçün "hələ çox iş görülməlidir”.
Bayden ABŞ-ın İsraili dəstəkləməyə və müdafiə etməyə davam etmək niyyətini təsdiqləyib. O, media nümayəndələrinin müttəfiqə kömək üçün Amerika qoşunlarını göndərib-göndərməyəcəyi ilə bağlı suallarını belə cavablandırıb:

"Biz artıq İsrailə kömək etmişik, İsraili müdafiə etməyə hazırıq”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->