Xəbər lenti

Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir
Ölkə 17:19 10.04.2025

Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

"Azercell Telekom” MMC sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunmasını və onların cəmiyyətə uğurlu inteqrasiyasını dəstəkləyir

Azərbaycanın lider mobil operatoru "Azercell Telekom” MMC və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi uzunmüddətli əməkdaşlıqlarını davam etdirir. Bu tərəfdaşlıq çərçivəsində 2025-ci il ərzində sağlamlıq imkanları məhdud 120-dək uşaq parastolüstü tennis, parapauerliftinq, paracüdo, paraüzgüçülük və parataekvondo kimi paralimpiya idman növləri üzrə müxtəlif tədbirlərdə iştirak edəcək.

İnklüziv idmanın inkişafına töhfə verməyi və sağlamlıq imkanları məhdud uşaqların  potensiallarını reallaşdırmalarına imkan yaratmağı hədəfləyən Azercell, 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatını dəstəkləyir. Şirkətin dəstəyi sayəsində bu illər ərzində yüzlərlə uşaq idmanla məşğul olmaq imkanı əldə edib, Uşaq Paralimpiya Komitəsinin fəaliyyət dairəsi genişlənib. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının inkişafı ilə yanaşı, həm də sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji inkişafına, onların motivasiyasının və sosial inteqrasiyasının güclənməsinə müsbət təsir göstərib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->