Əksər almanlar hesab edir ki, Almaniya hökuməti tamamilə Bonndan Berlinə köçməlidir.
Qaynarinfo "Bild"ə istinadən xəbər verir ki, iki şəhər arasında nazirliklərin bölünməsi haqqında Bonn/Berlin qanunu 30 il əvvəl qüvvəyə minib. O, Almaniyanın birləşməsinin bir hissəsi kimi hökumətin böyük bir hissəsinin köhnə federal paytaxtdan Berlinə hərəkətini tənzimləyirdi. Bununla belə, qanun həmçinin "federal nazirliklərdə iş yerlərinin əhəmiyyətli bir hissəsinin Bonn şəhərində qalmasını" şərtləndirdi.
Nəticədə, 14 nazirlikdən 6-nın əsas ofisi hələ də Reyn çayın sahilində yerləşir: təhsil və tədqiqat, səhiyyə, kənd təsərrüfatı, ətraf mühit, müdafiə və inkişaf nazirlikləri. Baş ofisləri Berlində yerləşən nazirliklərin adətən Bonnda filialları olur ki, ümumilikdə bütün nazirlik postlarının təxminən 1/3-i burada yerləşir.
"YouGov" sorğu institutunun "Deutsche Presse-Agentur" üçün keçirdiyi sorğuya əsasən, Almaniya sakinlərinin əksəriyyəti (53%) bütün hökumətin Berlinə köçməsini istəyir. Hər dördüncü respondent bu fikrə qarşı çıxıb, sorğuda iştirak edən vətəndaşların 22%-i cavab verməkdə çətinlik çəkib.
Hökumətin Berlinə köçməsinə ən çox dəstək Almaniyanın şərqindədir. Amma hətta Almaniyanın keçmiş paytaxtının yerləşdiyi Şimali Reyn-Vestfaliyada da nazirliklərin paytaxta tam köçürülməsinin tərəfdarı onun əleyhinə olanlardan daha çoxdur (müvafiq olaraq 43% və 36%). Berlin sakinlərinin 69%-i bütün nazirliklərin onların şəhərində yerləşməsini istəyir.
Alman Vergi Ödəyiciləri Assosiasiyası illərdir hökumətin bölünməsini tənqid edir. Onlar bununla bağlı xərclərin ildə ən azı 20 milyon avro olduğunu təxmin edirlər.
Aydın
Şərhlər