Bazar günü Almaniyanın cənubunda bıçaqlı şəxs qatar stansiyasında üç polis əməkdaşına hücum edib və polis tərəfindən güllənəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya polisinin bəyanatında
deyilir.
Hadisə Bavariyanın Lauf-an-der-Peqnits şəhərində, Nürnberq yaxınlığında baş verib.
Əvvəlcə 34 yaşlı İran vətəndaşı polis avtomobilini hədəfə alıb və oradan çıxan zabitlərə bıçaqla hücum edib.
Kişiyə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, o, hadisə yerində dünyasını dəyişib. Polis əməkdaşları xəsarət almayıb.
Şvabax Cinayət axtarış şöbəsi Nürnberq prokurorluğu ilə birlikdə hadisənin səbəblərini aydınlaşdırmaq üçün araşdırmaya başlayıb.
Cinayət işi başa çatana qədər dəmiryolu vağzalı bağlanıb.
Nizami Bağırov
Şərhlər