Xəbər lenti

Ağdərədə mina partladı, xəsarət alan var
Ölkə 09:35 10.07.2025

Ağdərədə mina partladı, xəsarət alan var

Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində 2025-ci il 10 iyul tarixində mina hadisəsi baş verib.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən məlumat verilib.

Bildirilib ki, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->